Xəbər lenti

 

“Əmlak Kralları” Nisanov və İliyev Moskvadakı Mərkəzi Bazarı alıblar.

KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, Moskvadakı Rojdestvenski Bulvarındakı mərkəzi bazarın sahibi dəyişib. Daşınmaz əmlakın vahid dövlət reyestrindən çıxarışa əsasən bazar binasının ümumi sahəsi 3,4 min kvadratmetrdir. Hazırda Mərkəzi bazarın ümumi sahəsi 5 min kvadratmetrdir.

Obyektin dəyəri təxminən 1,5-1,7 milyard rubldur. Mərkəzi bazarı gündə 12 mindən çox adam ziyarət edir və obyektin icarə haqqı 1 kvadrat üçün 25-40 min rubl təşkil edir.

Qeyd edək ki, Bakılı Qod Nisanov  Zarax İliyevə məxsus olan “Kiyevskaya Ploşad” Qrupu Rusiyadakı ən böyük ticarət daşınmaz əmlakı sahibi kimi tanınırlar.




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 18-01-2020, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma