Xəbər lenti

 

Antarktidada yerləşən Ukraynanın "Akademik Vernadski” tədqiqat mərkəzinin ərazisinə qırmızı qar yağıb.

Bu barədə Ukrayna Elm və Təhsil Nazirliyinin "Facebook” səhifəsində məlumat yayılıb.

Nazirlikdən verilən məlumata qeyd olunur ki, "Chlamydomonas nivalis” adlı yaşıl yosunlar isti hava şəraitində böyüməyə başlayır və qırmızı rəngə boyanır. 

Xatırladaq ki, hazırda Antarktida ərazisində yay fəslidir.

Bu təbiət hadisəsi Arktika və Alp dağlarında da müşahidə olunur. \\Sfera.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 064          Tarix: 26-02-2020, 01:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma