Xəbər lenti

Martın 8-də Bakının mərkəzində aksiya keçirən qadınların məqsədi xaricə getməkdir. Azərbaycan polisi həmin şəxslərə əl qaldırmalı idi, onlar da şəkillər çəkib “Azərbaycanda qadına qarşı şiddət var” deməli idilər. Həmin qadınların feminizmlə əlaqələri yoxdur. Orada elə plakatlar vardı ki...”.

Bunu Azəri – Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

T.Rüstəmxanlı qeyd edib ki, onların yaxından-uzaqdan qadın haqları ilə heç bir əlaqəsi yox idi: “Təəccübləndim, bu nəsil harada yetişib? Çox pis oldum... Onların kiməsə etdiyi hücum özlərinin əxlaqı səviyyəsində olacaq. Ayıdan qorxan meşəyə girməz. Onlar kimdir?.. Biz kimlərlə baş-başa gəlmişik. Mən dünya erməniləri ilə savaşıram, 3-5 nəfər mənə nə edəcək ki? Həmişə qadınların hüquqlarını müdafiə etmişəm. Erməni əsirliyində olan qadınlarımızın hüquqlarını kim müdafiə edəcək? Onlardan birinin bu məsələ ilə bağlı səsi çıxmadı. Xocalı ilə bağlı yürüş təşkil etsinlər, axı faciə baş verib. O qadınlar səmimi deyillər. Onlar xaricə getmək istəklərinə çata bilmədilər, Azərbaycan polisinin səbrinə heyran qaldım, qadınlar az qalırdılar adamın gözünü çıxarsınlar. Polislər durumu anladılar, sakitcə durdular. Onların addımı əcaib idi, altında da özləri qaldı. İntihara cəhd edən qıza kim nə dedi ki? İctimai qınaq olmalıdır da. Sən Azərbaycanda yaşayırsan, kökünə bağlı millətin küçəsində anadangəlmə gəzə bilməzsən ki... Hamımız istədiyimiz şeyi danışsaq, daha nə cəmiyyət olacağıq?” \\Pravda.az





Ana səhifəyə qayıt        Baxış: 2 199          Tarix: 10-04-2020, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma