Xəbər lenti

 Kalmıkiyanın Çernozemel rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus aşıb. Nəticədə 7-si uşaq olmaqla 10 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Kalmıkiya Respublikası fövqəladə xidmət idarəsi məlumat yayıb.

Avtomobil Nijni Novoqoroddan Bakıya doğru hərəkət edirmiş.

Yaralılar Komsomolsk rayon xəstəxanasına yerləşdirilib. Mikroavtobusdakı Azərbaycan vətəndaşlarının sayı 10-dan çox olub.




Ana səhifəyə qayıt        Baxış: 1 013          Tarix: 16-06-2017, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma