Xəbər lenti


Yer kürəsinin sakinləri Yupiter və Saturnun “Böyük Birləşməsi” deyilən çox möhtəşəm astronomik hadisəni dekabrın 21-də izləyə biləcək.

Axar.az xəbər verir ki, bunu krımlı astronom Aleksandr Yakuşeçkin bildirib.

"Planetləri bir-birindən yalnız 6 bucaq dəqiqəsi ilə ayracaq (Tam Ayın görünən diametri 30 bucaq dəqiqəsi təşkil edir - red)”, - astronom qeyd edib.

Onun sözlərinə görə, bir müşahidəçi üçün planetlərin astronomiyada birləşməsi səma sferasında vizual yaxınlaşması anıdır, üstəlik planetlər arasındakı məsafə nəhəng də ola bilər:

“Yupiter və Saturn təxminən beş astronomik vahid məsafəsində, yəni 750 mln. kilometr məsafədə olacaqlar.

Səmada Günəş sisteminin ən böyük iki planeti adi gözlə parlaq bir cüt ulduz kimi qəbul ediləcək. Bu hadisənin özünəməxsusluğu ondan ibarətdir ki, əvvəllər iki nəhəng planetin bənzər halı 4 mart 1226-cı il tarixində olub. Növbəti yaxınlaşma isə 15 mart 2080-ci ildə baş verəcək”.



Ana səhifəyə qayıt        Baxış: 2 392          Tarix: 20-12-2020, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma