Xəbər lenti

 Madrid məhkəməsi Maria Pilar Abel Martinezin iddiasına əsasən atalığın müəyyənləşdirilməsi ilə əlaqədar məşhur rəssam Salvador Dalinin meyitinin qalıqlarının eksqumasiyası barədə qərar verib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Maria Pilar Abel Martinez Salvador Dalinin qızı olduğunu iddia edir.

Məhkəmə iddiaya əsasən atalıqla bağlı bioloji testin keçirilməsinə qərar verib.

Qeyd edək ki, 1904-1989-cu illərdə yaşayan S.Dali sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir. O, yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifidir.

 




Ana səhifəyə qayıt        Baxış: 938          Tarix: 27-06-2017, 08:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma