Xəbər lenti

 Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsinin dişlənmə xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla sərhədində, Zaqatala rayonunun Aşağı Çardaqlar kəndinin inzibati ərazisində meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb.

Yeniyetmə həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.

Ona quduzluq əleyhinə iynə vurulub, vəziyyəti normaldır. (APA) 




Ana səhifəyə qayıt        Baxış: 746          Tarix: 19-07-2017, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma