Xəbər lenti

 Türkiyədə Egey dənizinin sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, yerli vaxtla saat 20:09-da qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu yaxınlığında yerləşib.

Qeyd edək ki, ötən gecə Egey dənizi sahillərində baş verən 6,7 ballıq zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.




Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 21-07-2017, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma