Xəbər lenti

 

Kənd camaatı ilanların dərdini kimə deyəcəyini bilmir

 Bu gün səhər saatlarında Şabran rayonunda ilansancma hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Pirəmsəm kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Tayyıbov Elvin Oruc oğlu həyətlərindəki çayda əlini yumaq istəyən zaman ilan onun əlindən sancıb.

Tayyıbov ilanı öldürməyə cəhd etsə də, buna müvəffəq olmayıb. İlan sürətlə aradan çıxıb.

İlanın sancdığı şəxs Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Tayyıbovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Kənd sakinləri əməkdaşımıza bildiriblər ki, bu, havalar isinəndən sonra ilk hadisə deyil. İlanlar hətta gecələr evlərə, həyətdəki cücələrə hücum çəkirlər.

"İndiyə qədər kənddə suda adamı ilanın vurduğunu eşitməmişdik. Artıq bunu da gördük. Kəndi bürüyən sürünənlərin dərdini kimə deyəcəyimizi bilmirik" – deyə kənd sakinləri şikayətləniblər. Onlar ilanların qorxusundan gecələr evlərində rahat yata bilmədiklərini dilə gətiriblər.







Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 3-08-2017, 00:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma