Xəbər lenti

 

Durian Malayziya, Tayland və Vyetnamda hündürlüyü 40 metrdən çox olan ağaclarda yetişən meyvə növüdür.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, həmin meyvəyə "Cənnət - Cəhənnəm" də deyilir. "Cəhənnəm" deyilməsinin səbəbi qabığının həddindən artıq pis qoxu verməsidir. Buna görə də İndoneziyada durian ilə otellərə daxil olmaq qadağandır. Sinqapurda əlinizdə və ya torbanızda həmin bitkidən olarsa, metroya, taksiyə və yaxud avtobusa minə bilməzsiniz. Hətta həmin meyvənin ölkə xaricinə çıxarılması da qadağandır.

"Cənnət" deyilməsinin səbəbi isə meyvəsinin çox ləzzətli olmasıdır. Durian Şimali Sumatra, İndoneziyada kimi bəzi ölkələrdə plov ilə birlikdə yeyilir. Ondan dondurma, hətta şəkər də hazırlanır. Buna görə də durianı bəzən "meyvələrin kralı" adlandırırlar.

Qalın qabığına baxmayaraq, durian yaydığı pis qoxu səbəbindən ictimai nəqliyyat vasitələrində qadağan edilən, amma insanların yeməkdən imtina edə bilmədiyi meyvədir.

Bu meyvə xalq arasında "təbiətin yuxu həbi" kimi də tanınır. Səbəbi isə yedikdən sonra insan bədənində serotoninin və melatoninin, yəni, "xoşbəxtlik" və "yuxu" hormonlarının ifraz olunmasıdır.

Əllə tutmaq çətin olsa da, bıçaqla çox asan soyula bilir və içi bir çox meyvədən daha yumşaqdır.

Otuz ayrı növə sahib durianın yalnız 9 növü yeməlidir.

Ət və xəmir yeməklərində ən çox istifadə edilən meyvələrdən biridir.

Durianı "meyvələrin kralı" edən xüsusiyyətlər aşağıdakılardır:

Tərkibində qan hüceyrələrinin istehsalı üçün orqanizmdə tələb olunan mis kifayət qədərdir.

Tərkibi kalium, yüksək miqdarda antioksidant və C vitamini, B vitamininin kompleks qrupları (B5 vitamini, B6 vitamini, B1 vitamini) ilə çox zəngindir. Bədənin müqavimətini artırır.

Qan təzyiqini tənzimləyən köməkçi hüceyrələr üçün elektrolit xüsusiyyətinə malikdir.




Ana səhifəyə qayıt        Baxış: 898          Tarix: 18-08-2017, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma