Xəbər lenti

 

Kanadanın Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində yeni planet kəşf ediblər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni planet işığı əks etdirməyən səthə malik olması ilə diqqət çəkir.

Həmin planetə “WASP-12b” adı verilib.

Planeti aşkar edən qrupun rəhbəri Tellin Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən nəhəng planeti olan Yupiterdən iki dəfə böyükdür. Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin bir illik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir. “Qara” planetin səthinin 2600 dərəcəyədək isindiyi, tərkibindəki maddələrin isə işığı udduğu ehtimal edilir.

Bununla yanaşı, planetin əks etdirdiyi işığın miqdarını ölçən tədqiqatçılar “WASP-12b”dən yayılan işığın son dərəcə zəif olduğunu bildirilər.





Ana səhifəyə qayıt        Baxış: 635          Tarix: 16-09-2017, 23:18      


Paylaş: