Xəbər lenti

 

37 il əvvəl Türkiyədə 12 sentyabr hərbi çevrilişində qaçıb meşədə gizlənən və bu vaxta qədər orada yaşayan Mahir Dəyirmançı təsadüf nəticəsində tapılıb.

Ovqat.com xəbər verir ki, Bursa vilayətində odun yığmağa gedən kəndlilər meşənin 40 kilometr dərinliyində bir nəfərə rast gəliblər.

Danışmaqda çətinlik çəkən kişi vəhşi heyvanlardan qorunmaq üçün özünə kiçik koma düzəldib. O, quş, dovşan və digər kiçik heyvanları ovlayaraq, yağış suyu içərək sağ qalıb. Onun yaşadığı yerin ətrafında meyvə və tərəvəz əkilmiş kiçik sahə də aşkarlanıb.

Bundan başqa, komanın ətrafında yerə basdırılmış çoxlu sayda siyasi jurnal və kitablar da tapılıb.

Kəndlilər onu görən kimi polisə xəbər veriblər. Bu zaman kişi qaçmağa çalışsa da, yaxalanıb. Məlum olub ki, illər əvvəl itkin düşmüş bu şəxsin ailəsi belə onun öldüyünə inanıb. Bir neçə ildir axtarışlarını dayandırıblar.

Polis və kəndlilərlə söhbətində M.Dəyirmançı Türkiyənin keçmiş prezidenti Kenan Evreni soruşub, onun öldüyünü eşidəndə isə buna inanmadığını deyib.

Tibbi müayinədən keçirilən kişinin səhhətində heç bir problemi olmadığı müəyyən edilib. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 437          Tarix: 18-09-2017, 22:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma