Yer üzündə insanların ən çox qorxduğu, ehtiyat etdiyi heyvanlardan biri ilandır. Bunun səbəbi isə hər kəsə məlumdur. İlanların müxtəlif növü var. Onlardan bəziləri vəhşi təbiətdə yaşayan və bir neçə saniyə ərzində insanı öldürə biləcək zirəkliyə və zəhərə malikdir. İnsanlar tərəfindən heç də sevilməyən bu canlılar əslində qeyri-adi bacarığa malikdirlər. İnanılmaz qabiliyyətə malik bu canlılar arasında uça bilən, zəhərli qaz ifraz edən ilanlar da var.
Ovqat.com ilanlar haqqında bilmədiyiniz 15 maraqlı faktı təqdim edir:
1. Dünyada yeganə yer Antarktidadır ki, burada ilan yaşamır. Buradan başqa dünyanın istənilən yerində ilanların ən az bir növünə rast gəlmək olar.
2. İlanlar uzunluqlarına görə çox müxtəlif ola bilirlər. Ən kiçik ilanlar 10 santimetr uzunluğunda olur. İlanların bu növü ip ilan adlanır. Ən uzun ilanlar isə piton hesab olunur və onların uzunluqları 7 metrdən başlayır.
3. Dünyada təxminən 3400 ilan növü var. Bunların sadəcə 600-ü zəhərlidir. Onlar arasında isə 200 növ ilan insan həyatı üçün ciddi təhlükə hesab olunur.
4. Bəzi ilanlar iki başlı olur. Onlar yemək zamanı bir-biri ilə dalaşa bilir.
5. İlanların 112 milyon il əvvəl 4 ayaqlı sürünən olduqları iddia edilir. Hesab olunur ki, pitonlar başda olmaqla bütün ilan növləri təkmilləşərək bu hala düşüb. Pitonlarda hələ də arxa ayaqların olduğunu sübut edən xüsusi izlərin olduğu deyilir.
6. İlanlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda yaşayırlar. Himalay dağlarının 4900 metr hündürlüyündə ilan növünə rast gəlindiyi deyilib.
7. Əsl zınqırovlu ilanın quyruğunun yellənməsi əzələ ilə bağlıdır. Bu əzələ isə yer üzündə ən sürətli hərəkət edən əzələ növü hesab edilir. O, saniyədə 50 dəfə bükülüb-açıla bilir.
8. Dünyanın ən zəhərli ilanlarından biri Qara Mamba hesab olunur. Onun sancması bir insanı 45 dəqiqə ərzində öldürür. Panzəhəri tapılana qədər bu ilanın sancdığı heç kəs sağ qalmayıb.
9. Bir çox ilanların isə diri-diri insan və nəhəng heyvanları uda biləcək qədər güclü hərəkətə malik çənələri var.
10. Braziliyada ilanların bir çox növünə rast gələ biləcəyiniz ada mövcuddur. Buranı İlan adası adlandırırlar. Burada hər bir kvadratmetrdə 11 ilana rast gəlmək olar.
11. Cənubi Amerikanın tropik meşələrinin daimi sakini hesab edilən yaşıl anakondalar. Dünyadakı ən ağır və ən böyük ilan sayılırlar. Bəzi mənbələrə görə, çəkisi 227 kiloqramdan çox, uzunluğu isə 9 metrdən yuxarı olur.
12. Pitonlar və bəzi ilan növləri insan ovuna qarşı həssasdırlar. Onların burunlarının üzərində xüsusi qırmızı reseptorlar var.
13. Zəhərli ilan sancmasından dünyada hər il nə az, nə çox, 90 min insan ölür. Lakin onlarla müqayisədə ağcaqanadlar il ərzində 1 milyon insanın ölümünə səbəb ola bilir.
14. Cənub-şərqi Asiyada rast gəlinən uçan ilan növü ilanlar arasında ən maraqlı xüsusiyyətlərə malikdir. Onlar 100 metr məsafədə olan ağacdan digər ağaca uça bilmə xüsusiyyəti ilə seçilir.
15. İlanların göz qapaqları olmur. Bunun əvəzinə, onlar "brille" adlanan, şəffaf, disk şəklində dəri və qoruyucu qatı ilə gözləri müdafiə edən təbəqəyə malikdirlər. (publika.az)
Paylaş: