Xəbər lenti

 

Şəkərin qida kimi dəyəri bu günə qədər geniş müzakirə olunub. Məlum olub ki, şəkərin beynə pozitiv təsiri var.

Beyin üzrə ixtisaslaşan həkim Dryu Ramzey (Dr Drew Ramsay) elmi məqaləsində yazır:

“Beynin sağlam fəaliyyəti üçün şəkər vacib maddədir. Yediyimiz şəkərin böyük hissəsi beynin fəaliyyətini təmin etmək üçün sərf olunur”.

Bəs şəkərdən qida vaistəsi kimi deyil başqa necə istifadə edə bilərik? Bu suala cavab olaraq deyək ki, aşağıda sadaladığımız hallarda şəkərdən istifadə etməklə həyatınızı asanlaşdıra bilərsiniz.

- Dodaqlarınız üçün yaxşı skrab axtarırsınızsa, mətbəxə keçin. 

Bir stəkan şəkər tozuna 3 yemək qaşığı badam yağı (zeytun yağı da ola bilər) əlavə edin, yaxşıca qarışdırıb dodaq skrabı kimi istifadə edin. Hüceyrəyeniləmə funksiyası olan şəkər dodaqlarınızın dərisini yeniləməklə yanaşı, həm də parlaqlıq qazandıracaq. 

- Hazırladığınız şirniyyat və tortların bir neçə gün təzə qalmasını istəyirsinizsə, sizə kiçik sirr verək.

Şirniyyatı soyuducuya qoyarkən yanına bir neçə kub qənd qoyun. Şəkər təzəliyi qoruyacaq. 

- Diliniz yanıbsa, dərman axtarmaq əvəzinə, dilinizin üzərinə şəkər tozu səpin. Şəkər yanğı hissini xeyli azaldacaq.

- Ələriniz çox kirli və ya yağlıdırsa, yuyucu vasitələr şəkər qədər kömək etməyəcək. Əllərinizi isladıb şəkər tozu ilə yaxşıca ovun və yuyun, kirdən əsər-əlamət qalmayacaq. 

- Hıçqırığı keçirmək üçün müxtəlif üsullar var. Nəfəsinizi saxlamaq, su içmək, qorxmaq və sair. Yəqin ki, bunun üçün şəkərdən heç istifadə etməmisiniz. Elə isə bu dəfə sizi hıçqırıq tutanda bir qənd yeyin. Nəticəni özünüz müşahidə edin. 

- Dibçəkdəki güllərinizin suyuna şəkər əlavə edin, gülləriniz qidalanacaq və inkiaşf edəcək.  Şəkərli suya azacıq sirkə də qatsanız, bitkilərinizin ətrafında həşəratlar da toplanmayacaq. 

- Geyimləriniz çirklənibsə də şəkər köməyinizə çatacaq.  Şəkər tozunu suyla isladın, alınan məhlulu geyiminizin ləkəli yerinə çəkin, biraz saxlayıb sonra paltaryuyan maşında yuyun, ləkə tamamilə gedəcək. 

- Şəkərlə həyatınızı bu qədər asanlaşdırandan sonra hələ də özünüzü yorğun və enerjisiz hiss edirsinizsə, şəkərin təməl faydasından yararlana bilərsiniz. Bildiyiniz kimi şəkər orqanizmi enerji ilə təmin edir. Buna görə də bir enerji içkisi və ya bir parça şokoladla gümrahlaşa bilərsiniz. 




Ana səhifəyə qayıt        Baxış: 306          Tarix: 12-09-2019, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma