Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Növbəti aylarda qondarma rejimin digər vəzifəli şəxsləri ilə bağlı da tədbirlər görüləcək
Azərbaycanın düşməni, müharibə canisi, qondarma “dqr”in başçısı Araik Arutyunyan ya həbs ediləcək, müqavimət göstərəcəyi halda isə yerindəcə məhv ediləcək.
Beynəlxalq qanunlar da 1973-cü ildə Xankəndində anadan olan Araiklə bağlı sərt tədbirlərə icazə verir. Bir zamanlar Qarabağda döyüş bölgəsində olan, sentyabrın 27-də Azərbaycanın Vətən müharibəsinə başlamasından sonra Şuşaya qaçan Araikin indi Xankəndində olduğu deyilir. Araik döyüşlər başlayan ilk gündən iddialı danışsa da, sonda məğlubiyyəti qəbul etdi. Bir neçə gün əvvəl isə bildirdi ki, müharibənin dayandırılmasını baş nazir Paşinyandan özü də xahiş edibmiş.
Musavat.com xəbər verir ki, müharibə bitsə də, Araik Arutyunyan məsuliyyətdən yayına bilməyəcək.
Politoloq Zaur Məmmədov deyir ki, Araik Arutyunyanın həm Azərbaycan xalqına qarşı cinayəti var, həm də orada separatçılıqla məşğul olub, hərbi cinayətlər törədib: “Əlbəttə ki, o və digər hərbi cinayət törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bildiyimiz kimi, Araik Arutyunyanın əməlləri ilə bağlı artıq Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. İndi biz dekabrın 1-də rayonlarımızın geri qaytarılmasını gözləməliyik. Növbəti aylarda isə Araik Arutyunyan və qondarma rejiminin digər vəzifəli şəxsləri ilə bağlı tədbirlər görüləcək”.
Zaur Məmmədov onu da qeyd edib ki, bu məsuliyyət Araik Arutyunyan və rejimin indiki vəzifəli şəxsləri ilə yanaşı onlara qədər Azərbaycan Respublikasına, Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmiş şəxslərə də aiddir: “Serj Sərkisyan və Robert Köçəryan da ağır cinayətlər törədiblər. Əli azərbaycanlıların qanına batmış, cinayət törətmiş istənilən erməni beynəlxalq məsuliyyətə cəlb ediləcək”.
Qeyd edək ki, Araik Arutyunyan tərəfindən Cenevrə Konvensiyasının tələblərini birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Araik Arutyunyana qarşı Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb.
Hüquqşünas Fariz Namazlı deyir ki, Araik Arutyunyan Qarabağa gələcəyi halda həbs ediləcək: “Onun barəsində cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı var. Müqavimət göstərəcəyi halda isə tam haqlı olaraq yerindəcə məhv edilə bilər. Çünki barəsində cinayət işi açılıb, axtarışa verilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub”.
F.Namazlı qeyd edib ki, birgəyaşayış olacağı deyilən ərazilərdə də Araik Arutyunyan həbs edilə bilər: “Bir neçə rayonumuz işğaldan azad edilib. Araik Arutyunyan Qarabağın istənilən ərazisinə gəlsə, həbs edilə bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar