Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin prezidenti Məmnun Hüseynə başsağlığı verib.
Ovqat.com-un xəbərinə görə, məktubda deyilir:
“Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
Son məlumata görə, Pakistanda törədilən üç terror aktı nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
Paylaş: