Xəbər lenti

 
Separatçı Donbass “respublikası”nın rəsmiləri Rusiyanın birdən-birə öz əsgərlərini Ukrayna sərhədlərindən geri çəkməsindən bərk qorxuya düşüblər.
 
Ovqat.com xəbər verir ki, separatçı liderlər Rusiyanın bu addımını Donbassın açıq-aşkar Ukraynaya təhvil verilməsi kimi qiymətləndiriblər.
 
“Rus hərbçiləri Ukrayna ilə həmsərhəd bölgələri tərk etməyə başladıqdan sonra Ukrayna Silahlı Qüvvələri Donbass ərazilərinə hücumlarını artırdı”, - qondarma “respublika”nın adı açıqlanmayan nümayəndəsi Avia.pro nəşrinə belə deyib. Onun fikrincə, bu, “DXR” (“Donetsk Xalq Respublikası”)  və “LXR”-nin (“Luqansk Xalq Respublikası”) Ukrayna ordusuna açıq-aşkar təslim edilməsidir. 
 
Separatçı lider bu gedişatın çox mənfi, hətta Ukraynaya qarşı üsyan bayrağı qaldıran qüvvələr üçün fəlakət sayıla biləcək nəticələrinin olacağını da istisna etməyib: “Öz müstəqilliyini elan edən “respublikalar” bu il ərzində mövcud olmaya bilər, çünki Rusiya hərbi yardım göstərməyəcək və müdafiəmizi təmin etməyəcək”.
 
DXP-nin keçmiş Müdafiə naziri İqor Strelkov da Rusiyanın hərəkətlərini başa düşməkdə çətinlik çəkir. Sabiq “nazir”in fikrincə, Rusiya qüvvələrinin Ukrayna sərhədi yaxınlığında cəmləşməsi Kiyevə bir siqnal idi. “Lakin ordunun birdən-birə geri çəkilməsi Moskvanın planlarını dəyişdirmək qərarına gəldiyini və tərəfdaşlarını hər təhlükəyə açıq vəziyyətə saldığını göstərir. Bu, “DXR” və “LXR” ərazilərini Ukrayna Silahlı Qüvvələrinə təslim etmək deməkdir, - Strelkov bu qənaətdədir .


 
“Mən bu qədər sayda sərhədlərə qoşun çəkməyin və sonra heç nə etməməyin necə mümkün olduğunu başa düşmürəm. Bir-biri ilə ziddiyyət təşkil edən bu addımlar qəribə və axmaq görünür. Çünki Putinin “hörmətli ukraynalı tərəfdaşları” təxribatlarını və müharibə hazırlıqlarını dayandırmayacaq. Ukrayna Donbassdan öz qoşunlarını çəkməmişdən əvvəl geri addım atmaq ən azından axmaqlıqdır. Bu Donbassın təslim edilməsinə hazırlıq ola bilər”, - İqor Strelkov belə deyib.
 
Separatçı qüvvələri ən çox narahat edən isə Rusiyanın geri çəkilməsinin səbəbləri ilə bağlı bu günə qədər qaneedici açıqlama ilə verməməsidir. Özü də Kiyev “DXR” və “LXR” ilə heç bir danışıqlar aparmayacağını və ölkənin şərq hissəsini öz nəzarətinə qaytaracağını elan etdiyi halda. Donbass “yetkililərinə” görə, bu Ukrayna Silahlı Qüvvələrin hücuma hazırlaşdığını göstərir. 
 

“Yıxılıb şil-küt olar, kim “uçaraq” göylə gedər,
Çünki adət belədir: hayla gələn, küylə gedər”.
Heydər Oğuz


Xatırladaq ki, bu ayın əvvəlindən etibarən Ukraynanın şərqində vəziyyət gərginləşmiş, Rusiya 150 mindən artıq əsgərini sərhəddə göndərmişdi. Bundan əlavə, Xəzər dənizindəki 15 gəmisini Qara dənizə yollayan Moskva Ukrayna limanlarını mühasirəyə almışdı. NATO qüvvələrinin narahatlığına yol açan bu hərbi dislokasiya Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşması kimi qəbul olunmuş və Donbass separatçılarını xeyli sevindirmişdi. Di gəl ki, bu sevinc uzun sürməmişdi. 3 gün əvvəl – 22 apreldə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Qara dənizə gəlmiş və guya, donanmaya bir günlük hərbi təlim keçirdib media qarşısına çıxmışdı. Jurnalistlərə açıqlamasında təlimlərin kifayət qədər qənaətbəxş keçdiyini bildirən Rusiyanın Müdafiə naziri artıq hərbi qüvvələrini daimi bazalarına çəkəcəyini demişdi.
 
“Hesab edirəm ki, qəfil yoxlanışın məqsədinə tam nail olunub. Qoşunlar ölkənin etibarlı müdafiə qabiliyyətinə malik olduğunu nümayiş etdirib. Bununla əlaqədar mənim tərəfimdən Cənub və Qərb Hərbi Dairələrində qəfil yoxlanış tədbirlərinin başa çatdırılması qərarı verilib”, - Soyqu qəfil qərarını bu cür açıqlamışdı. Elə bu açıqlamalardan sonra Donbass “rəsmilərinin” qarınlarına ağrı dolmuşdu.

Ovqat.com
 



Ana səhifəyə qayıt        Baxış: 5 504          Tarix: 25-04-2021, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma