Xəbər lenti

 
İyulun 14-də sübh çağı duman şəraitində Ermənistan Silahlı Qüvvələrin cənub-şərq istiqamətində yerləşən bir hərbi hissəsinin qulluqçusu Aramais Torozyan və hərbi maşında xidməti vəzifələrini yerinə yetirən sürücü Artur Nalbandyanla əlaqə kəsilib.
 
Ovqat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu məlumatı yayıb.
 
Məlumata görə, axtarış və xilasetmə işləri dərhal başlamışdır, lakin hələlik heç bir nəticə hasil olmamışdır.
 
"Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə birlikdə Torosyan və Nalbandyanın Azərbaycan ərazisində meydana gəlməsi ehtimalı müzakirə edilir”, - deyə məlumat yayan Ermənistan Müdafiə Nazirliyi Artur Nalbandyan və Aramais Torozyanın silahsız olduğunu iddia edir.
 


Ana səhifəyə qayıt        Baxış: 5 006          Tarix: 14-07-2021, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma