Xəbər lenti


Rusiyanın artıq 70 bələdiyyə deputatı prezident Vladimir Putinin istefası tələbi ilə bağlı müraciət imzalayıb. Ən təəccüblü isə odur ki, sənədi imzalayanlar arasında təxminən üçdə biri Sankt-Peterburqdandır. Hansı ki, Sankt-Peterburq klanı Putinin qalası kimi tanınırdı.


Ovqat.com-un məlumatına görə, iddianı rus mediası irəli sürüb. 


Severreal.org-un iddiasına inansaq, imzaların böyük əksəriyyəti Moskva və Sankt-Peterburq deputatları tərəfindən atılıb. Digər rayonlardan isə hələlik kütləvi imzalar yoxdur.


"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik!", - müraciətdə belə deyilir.


Təşəbbüs Sankt-Peterburqun Smolninski Şurasının deputatları tərəfindən irəli sürülüb. Onlar Dövlət Dumasını Putini istefaya göndərmək üçün onu dövlətə xəyanətdə ittiham etməyə çağırıblar. Putinin Rusiya ordusunun Ukrayna ərazisinə soxulması qərarının Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə zərər vurduğunu bildiriblər.


Daha sonra məhkəmələr Smolninski Şurasının deputatlarını Rusiya ordusunu gözdən salmaq maddəsi ilə cərimələyiblər. Dmitri Palyuqa 47 min rubl, Nikita Yuferev 46 min rubl, İvan Çebotar, Dmitri Baltrukov və Anna Kiselyova hər biri 44 min rubl məbləğində cərimələnib.


Deputatların bəyanatından sonra məhkəmə Sankt-Peterburq qubernatoruna Smolninskoye bələdiyyəsinin şurasını buraxmağa icazə verib.





Ana səhifəyə qayıt        Baxış: 6 473          Tarix: 18-09-2022, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma