Xəbər lenti

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb. 

Bu barədə İran mətbuatı xəbər yayıb. 

Qeyd olunub ki, son məlumata görə, yaralı sayı 170-dən çoxdur.

17:00

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində qurbanların sayı 50-yə çatıb.

Məlumatı Kerman valiliyinin rəsmisi də təsdiq edib və əlavə edib ki, 70 nəfərdən çox yaralanan var.

Yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıblar.

16:32

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində azı 20 nəfər həyatını itirib.

Bu barədə Kirman Fövqəladə Hallar İdarəsinin rəisi məlumat verib.

O əlavə edib ki, baş verən partlayış nəticəsində

 15 nəfər yaralanıb.

İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda partlayış baş verib.

Xəbəri İran mətbuatı yayıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Məlumat üçün əlavə edək ki, insanlar bu gün Qasım Süleymaninin ABŞ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar.

Mənbə: Tasnim




Ana səhifəyə qayıt        Baxış: 4 183          Tarix: 3-01-2024, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma