İranın nüvə proqramı Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) sadiq qalır və ABŞ, eləcə də digər Qərb ölkələrinin təzyiqlərinə boyun əyməyəcək.
“Report” xəbər verir ki, bu barədə İran ali rəhbərinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
“İranın nüvə proqramı milli iradə və inkişaf strategiyasına əsaslanır. NPT-yə və öhdəliklərə sadiq qalaraq, o, təzyiqlərə boyun əyməyəcək. ABŞ və bəzi Qərb ölkələri bacarsaydılar, İranın nüvə sənayesini ləğv edərdilər”, - o deyib.
Xatırladaq ki, iyunun 5-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarəçilər Şurası İranı agentliklə əməkdaşlıq etmədiyinə görə tənqid edən yeni qətnamə qəbul edib. Qətnamə Böyük Britaniya, Almaniya və Fransa tərəfindən təklif edilib.
İyunun 8-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris və Vaşinqton İranın regiondakı vəziyyəti qeyri-sabit hala gətirən hərəkətlərini dayandırması və nüvə proqramı ilə bağlı mövqeyini dəyişdirməsi üçün Tehrana təzyiq göstərmək niyyətindədir.
Paylaş: