Xəbər lenti

"İsrail İrandakı müdafiə sistemlərinə və raket istehsalı obyektlərinə ciddi ziyan vurub".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu parlamentin qış sessiyasının açılışında deyib.

"Biz İranın müdafiə sistemlərinə və onun raket istehsal etmə qabiliyyətinə ciddi ziyan vurmuşuq. İsrailin uzunmüddətli strategiyası İranın şər oxunu dağıtmaqdır və həmçinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır", - baş nazir bildirib.

Qeyd edək ki, oktyabrın 26-da İsrail ordusu "çoxsaylı davamlı hücumlara" cavab olaraq İran daxilindəki hərbi obyektlərə zərbələr endirib. İranın hava hücumundan müdafiə qüvvələrinin bəyanatına görə, İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi hədəflərə zərbə endirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 653          Tarix: 29-10-2024, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma