Xəbər lenti


ABŞ-ın Corciya ştatında cadugərliyə qapılaraq bir tibb bacısını xüsusi qəddarlıqla öldürən keçmiş hərbçi edam olunub.

50 yaşlı Uilyam Emmet Lekroy adlı həmin adam üzərində Terre-Haute həbsxanasında yerli vaxtla saat 21:06-da inyeksiya daxil edilməklə ölüm hökmü icra edilib.

Onu vəkillərinin prezident Donald Trampdan edam qərarınını ömürlük həbslə əvəz olunması barədə xahişi nəzərə alınmayıb.

Edam mərasimində U.Lekroyun 19 il bundan qabaq öncə təcavüz edərək daha sonra doğradığı Coan Li Tislerin atası və nişanlısı da iştirak ediblər.
Qeyd olunur ki, hadisə 2001-ci ilin oktyabr ayının 7-də baş verib Həmin vaxt Uilya Lekroy Coan Li Tisleirn qaldığı dağ evinə basqın edərək əvvəlcə onu bağlayıb, təcavüz edib, daha sonra bir neçə dəfə bıçaq zərbəsi endirib.

Daha sonralar müstəntiqlərə verdiyi ifadəsində keçmiş hərbçi bədbəxt qadını vaxtilə onun özünü zorlayan Tinkerbel adlı dayəsinə bənzətdiyini söyləyib.

Uilyam Lekroyun hadisə ərəfəsində cadu kitablarına və qara magiyaya meylliyi ortaya çıxıb.//musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 835          Tarix: 23-09-2020, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma