Xəbər lenti


“Muzdlu silahlılarla bağlı məsələ o qədər biabırçı səviyyəyə çıxıb ki, Ermənistan baş naziri “Al Jazeera”ya verdiyi müsahibədə özü bunu açıq etiraf edir. Əsaslandırma verir ki, xarici ölkədən olan, ancaq Ermənistanla bağlılığı olan adamdırsa, gəlib vuruşursa, bu, tam normaldır. Bu adam baş nazir olaraq cinayət barədə danışmasını tam anlamır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

“Bizdə olan faktlar sadəcə Ermənistana bağlı olan adamlarla deyil, həmçinin PKK və digər terror təşkilatlarının üzvləri də bu əməliyyatlara cəlb olunub. Bir daha qeyd etmək istərdim ki, Ermənistanın bu praktikadan geniş istifadə etməsi ilk dəfə deyil”, - nazir vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 430          Tarix: 10-10-2020, 21:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma