Xəbər lenti

Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin şagirdləri arasında yaz mövsümü ilə əlaqədar aparılan profilaktik müayinələr başa çatıb.

Ovqat.com xəbər verir ki, Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumilikdə 40 min 349 şagird tibbi müayinəyə cəlb olunub.

Nazirlikdən bildirilib ki, müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.

Müayinələrin sonunda 1769 nəfər dispanser qeydiyyatına götürülüb. 




Ana səhifəyə qayıt        Baxış: 1 014          Tarix: 28-04-2017, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma