Xəbər lenti

 

Zeytun ən qədim yetişdirilən bitkilərdən biridir. Hələ eramızdan çox-çox əvvəl zeytun və zeytun yağı qidalanmada istifadə olunurdu.

Adətən zeytun yağının sağlamlığa faydalı olması barədə hər zaman deyilir. Amma zeytunun özünün də çox faydalı olduğunu bilirdinizmi?

- Zeytun ürək və qan damarlarını aterosklerozdan qoruyur.Tərkibində olan E vitamini və polifenollar sağlamlıq üçün faydalıdır.

- Yarpaqları və qabıqları, yüksək təzyiqi salmağa kömək edir.

- Zeytun qandakı şəkərin və xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Qidalandırıcı bitkidir.

- Əczaçılıqda, bəzi dərmanların hazırlanmasında da istifadə edilir.

- Bu bitkinin yarpaqları oleuropein, oleasterol, lein, olein turşusu və antioksidantlardan ibarətdir.

- Zeytun A, D, E və K vitaminləri baxımından çox zəngindir, eyni zamanda, kalsium itkisinin qarşısını alır.

- Qalın bağırsaq, prostat, mədə və pankreas xərçənginə tutulma riskini azaldır.

- Ürək-damar xəstəliklərindən qoruyucu təsiri var.

- Qaraciyəri qoruyur.

- Sümükləri gücləndirir.

- Qəbizliyin qarşısını alır.

- Həzm sisteminin işləməsinə kömək edir.

- Virus, bakteriya və göbələklərə qarşı qoruyucudur.

- Uşaqlarda sağlıqlı diş inkişafının tamamlanmasına kömək edir.

- Hüceyrələri təzələyir, beləliklə, qocalmanı gecikdirir və ömrü uzadır.

- Zeytun və zeytun yağının qocalmanı gecikdirici təsiri var. Tərkibindəki “Oleuropein” maddəsinin hüceyrə təzələyici xüsusiyyətə malikdir. Bu maddə xərçəngə qarşı müsbət nəticə verən bir maddədir.

- Zeytunun tərkibindəki yağ yüksək təzyiq problemi olan xəstələrə müsbət nəticələr verir və təzyiqi tənzimləyir.

Ancaq diqqət etmək lazımdır ki, zeytun və zeytun yağı duzlu olmasın.\\Ailem.az




Ana səhifəyə qayıt        Baxış: 1 051          Tarix: 12-10-2017, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma