Xəbər lenti

 

Bu payız günlərində bədənimiz ilıq, daxilimizi isti saxlayan havaların geridə qaldığını qəbul etməyə çalışır. Əlbəttə, insanlar hava dəyişikliklərindən əlavə bir də payızın tələb etdiyi qidalanma rejiminə keçid etmək vəziyyətindədir. Ancaq yeni mövsüm rejiminə alışmayan orqanizmlər, zökəm xəstəlikləri başda olmaqla, müxtəlif sağlamlıq problemləri ilə qarşılaşa bilərlər. Bu xəstəliklərin qarşısını almağın yolu güclü immun sisteminə malik olmaqdan keçir. Sağlam bədən müqaviməti isə mövsümə uyğun və sağlam qidalanmağı tələb edir.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, payızda qidalanmaqla bağlı ən çox edilən səhvlərin əvvəlində kifayət qədər su içməmək durur. Çünki soyuyan havalar və təsirini göstərən yağışlar insanların isti içkilərə üstünlük verməsinə səbəb olur. İsti maye növləri suyun istehlakının arxa plana keçməsinə yol açır.
Yay mövsümündən payıza keçərkən insanların orqanizmində ciddi bir müqavimət itkisi yaşanır. Orqanizmdə halsızlıq və yorğunluq halı baş verir. Sonrakı proseslərdə isə soyuqdəymə, qrip və bronxit kimi xəstəliklərin yaranma ehtimalı artır. Bütün bu sağlamlıq problemlərinin qarşısını almaq üçün immun sistemi baş verəcək zökəm xəstəliklərinə qarşı möhkəmləndirilməlidir.
İmmun sisteminin gücləndirilməsi də vitamin və mineral baxımından zəngin ət, süd, tərəvəz, meyvə və taxıllardan ibarət olan qida qruplarına aid nemətlərin istifadə etməsindən asılıdır. Bundan əlavə, bədəndəki zərərli maddələrin atılmasına yardımçı olduğu üçün bol C vitamini olan meyvə və tərəvəzlər yeyilməlidir. C vitamininin itkisinin qarşısını almaq üçün də hər səhər bir stəkan təzə sıxılmış meyvə suyu içilməlidir.




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 19-10-2017, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma