Xəbər lenti
7-07-2020, 11:23
7-07-2020, 11:05

 

Aloe vera: Aloe vera təbii bir müalicə metodudur və bu səbəblə ayaqda yaranan su yığılmasını müalicə etməkdə çox təsirlidir. Qızartını və şişkinliyi azaltmağa köməkçi olan antiinflamatuar xüsusiyyətlərə malikdir. Eyni zamanda dərini nəmləndirir və beləcə dəri daha sürətli sağalır. Aloe vera həmçinin, infeksiya riskini də azaldır.

Alma sirkəsi: Alma sirkəsi də antibakterial və antiinflamatuar xüsusiyyətləri ilə su qabarcıqları üçün çox təsirli bir həlldir. Ovqat.com deyerler.org-a istinadən bildirir ki, infeksiyasının qarşısını almağa, ağrı və iltihablanmağı azaltmağa köməkçi olur.
Yaşıl çay: Yaşıl çay, su qabarcıqları ilə əlaqəli ağrı və şişkinliyi azaltmağa köməkçi olan antiinflamatuar birləşmələr ehtiva edir.
Qabarcıqların tez yaxşılaşmasına köməkçi olacaq bir çox vitamin və antioksidantla zəngindir.
Yaşıl çay paketini 1 fincan isti suda təxminən 5 dəqiqə qədər dəmləyin. Çay paketini çıxarın və soyumasını gözləyin. Nəmli çay torbasını su qabarcığı üzərinə bir neçə dəqiqə qoyun. Bir neçə gün ərzində gündə 4 və ya 5 dəfə təkrarlayın.
E vitamini: E vitamini dəri hüceyrələrinin tez yaxşılaşmasına və yara izini əngəllənməsinə köməkçi olduğu üçün mükəmməl dəri bərpası xüsusiyyətlərinə malikdir. E vitamini yağını və ya kremlərini birbaşa qabarmış dərinizə tətbiq edə bilərsiniz.




Ana səhifəyə qayıt        Baxış: 589          Tarix: 28-10-2017, 20:27      


Paylaş:   

Ən çox oxunanlar