Xəbər lenti

 

Tanınmış jurnalist "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nardar Bayramlının 5 yaşlı oğlu Tunar autizm xəstəliyindən əziyyət çəkir.

 

Ovqat.com-un məlumatına görə, jurnalist bu haqda sosial şəbəkədə məlumat yayıb. Övladının iki ildir bu xəstəlikdən əziyyət çəkdiyini bildirən jurnalist onun müalicəsi üçün bank hesabı açıldığını qeyd edərək, kömək istəyib: “Dostlar, oğlum autizm xəstəsidir. Autizm sindromunun nə qədər böyük bəla olduğunu, yəqin, hamınız bilirsiniz. Bu problemin dərmanlarla müalicəsi yoxdur, daha çox psixoloqlar məşğul olur və bir uşağın normallaşması üçün illərlə vaxt tələb olunur. Biz də iki ildir ki, Tunarı uşaq autizm-psixologiya mərkəzlərinə fasiləsiz olaraq aparırıq. Artıq oğlumun 5 yaşı var. Bu problem elədir ki, uşağın yaşı artdıqca onun müalicəsi çətinləşir. Autizm olan uşaqların reabilitasiyası ilə uşaq psixologiya mərkəzləri məşğul olur və onların əksəriyyəti ödənişlidir. Həm də bu ödənişlər yüksəkdir. Tunarı psixologiya mərkəzinə apardığımız iki il müddətində azacıq irəliləyiş yaranmışdı (nitqi açılıb, göz kontaktı az da olsa yaranıb)”.

Jurnalist bildirib ki, Tunarda olan müsbət dəyişikliklər çox çəkməyib və onun vəziyyəti yenə ağırlaşıb. Nardar Bayramlı övladını müalicə etmək üçün imkanı olmadığını, onun üçün ayda yalnız 300-400 manat xərcləyə bildiyini vurğulayıb və kömək istəyib. 5 yaşlı Tunar Bayramlıya kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər. İmkanlı şəxslərdən xahiş edirik öz dəstəyini əsirgəməsinlər.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 30-10-2017, 18:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma