Xəbər lenti

 

Ağ turp unikal müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Bunun səbəbi turpun zəngin kimyəvi tərkibidir.

Turp vitamin və minerallar, qidalı liflər, fitonsidlər, amin turşuları, fermentlərlə zəngindir.

Fitonsidlər turpa güclü mikrob, virus və iltihab əleyhinə təsir bəxş edir. Soyuq fəsillərdə turpun istehlakı soyuqdəymə və qripp xəstəliklərindən qoruyur, immun sistemini möhkəmləndirir.

Turp öskürək və bronxit zamanı yaxşı kömək edir - nəfəs yollarını təmizləyir, iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır.

Həll olunmayan qidalı liflərlə zəngin olduğundan ağ turp bağırsaqlar üçün çox faydalıdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, qəbizliyin qarşısını alır, bağırsaq  mikroflorasının yaxşılaşmasına kömək edir.\\saglamolun.az




Ana səhifəyə qayıt        Baxış: 1 112          Tarix: 30-10-2017, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma