Xəbər lenti

 

Fəsil dəyişimi ilə əlaqədar hazırda demək olar ki, əksər adamlar öskürəkdən əziyyət çəkir. Hətta bəzən bu öskürək tibbi vasitələrlə də keçmək bilmir. 

Ovqat.com ailem.az-a istinadən təqdim edilən bu təbii qarışım resepti ilə möcüzəvi şəkildə öskürəyi aradan qaldıracaqsınız.

Banan və bal qarışımı:
400 ml ilıq su
2 ədəd banan
2 yemək qaşığı bal
Hazırlanması:
Bananları soyun və plastik qaşıqla əzin. Dəmir qaşıqla əzdikdə metal meyvəyə təmas edərək, tez xarab olmasına səbəb olur, üstəlik sağlamlığa da ziyandır. Əzilmiş bananları şüşə kasaya qoyub üzərinə ilıq su əlavə edin. 30 dəqiqi saxlayın. Qarışım soyuduqdan sonra üzərinə bal əlavə edin. Qarışımın yaxşı soyuduğundan əmin olun, çünki bal isti su ilə təmasa girdikdə keyfiyyətini itirir. Öskürək və bronxitə qarşı əla vasitə olan bu təbii qarışımdan gündə dörd dəfə ən çox 100 ml olmaq şərtilə için. Unutmayın ki, qarışımı həftədə beş gün içmək lazımdır.
Onu da qeyd edək ki, sizə verdiyimiz qarışım bir gün üçün nəzərdə tutulub. Bu qarışımı hər gün təzə-təzə hazırlamaq lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 908          Tarix: 1-11-2017, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma