Xəbər lenti

“Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”. 
 
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü,  Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib. 
 
O bildirib ki, Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib. 




Ana səhifəyə qayıt        Baxış: 831          Tarix: 13-12-2017, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma