Xəbər lenti

 

Boğaz ağrısının səbəbləri müxtəlif ola bilər. Ən yayılmış səbəblər arasında - virus  və bakterial infeksiyalarıdır.

Bakterial infeksiyaları (angina) mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır və aşağıda sadaladığımız vasitələr yalnız antibiotiklərlə yanaşı olaraq köməkçi vasitələr kimi istifadə oluna bilər. Diqqət! Düzgün müalicə olunmamış və ya müalicəsiz buraxılmış angina ağır fəsadların inkişafına (ürək, böyrək xəstəlikləri) səbəb ola bilər.

Virus infeksiyaları əksinə antibiotiklərlə müalicə olunmur ki, antibiotiklər viruslara deyil, bakteriyalara təsir edir.

Virus infeksiyası zamanı aşağıda qeyd etdiyimiz vasitələr müstəqil şəkildə istifadə oluna bilər.

Beləliklə, boğaz ağrısı zamanı ən sınanmış təbii vasitələr bunlardır:

1. Duzla qarqara. 1 stəkan ilıq suda yarım çay qaşığı duz əridin və bu məhlulla gündə bir neçə dəfə boğazınızı qarqara edin. Həmçinin sodadan da istifadə etmək olar - 1 stəkan su + 1 ç.q. soda.

2. Çobanyastığı dəmləməsi. 1 x.q. quru çobanyastığı 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində bir neçə dəfə qarqara üçün istifadə olunur.

3. Zəncəfil dəmləməsi. 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfili 1 stəkan isti suda 30 dəqiqə dəmləyin, süzün və qarqara üçün istifadə edin.

Bütün sadaladığımız vasitələr güclü antiseptik təsirə malikdir, ağrını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir və sağalmanı tezləşdirir. \\saglamolun.az




Ana səhifəyə qayıt        Baxış: 1 164          Tarix: 13-12-2017, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma