Xəbər lenti

İtburnu sağlamlıq baxımından ən faydalı bitkilərdən biridir. Xüsusilə qışda immuniteti gücləndirmək və xəstəliklərdən qorunmaq məqsədi ilə çox istifadə edilir.

Ovqat.com lent.az-a istinadən sizə itburnunun faydalarından bəhs edir.

C vitamini ilə zəngindir
 
İtburnu zəngin C vitamini tərkibi ilə bilinir. C vitamini sayəsində immunitet sistemi gücləndirici təsiri olması bir çox sağlamlıq problemini də əngəlləyir.
 
Şişkinliyi aradan qaldırır
 
İtburnunun eyni zamanda sidikqovucu təsiri də var. Bu sayədə bədəndə yığılan şişliyin atılmasını təmin edərək, şişkinliyə əngəl olur.
 
Xronikiləşmiş öskürək
 
İtburnu çay olaraq dəmlənib içilərsə, xüsusən, uşaqlarda yaranan xronikiləşmiş öskürəyi sağaldır. İtburnunun öskürəyə faydalı təsiri aparılan araşdırmalar zamanı da sübut olunub.
 
Xərçənglə mübarizə aparır
 
İtburnunun tərkibində bol miqdarda antioksidant və C vitamini var. Bu iki xüsusiyyəti sayəsində xərçəngdən qoruyur. Ancaq xərçəngdən qoruyucu təsir göstərməsi üçün itburnu çayının mütəmadi olaraq içilməsi vacibdir. Alternativ tibb mütəxəssisləri tərəfindən məsləhət görülən miqdar həftədə 3 stəkandır.
 
Bədənin qan ehtiyacını ödəyir
 
Bədənimizə oksigen daşıyan qan hüceyrələrinin artmasını təmin edərək, dəmir ehtiyacının qarşılanmasına böyük ölçüdə kömək olur və qansızlıq problemini aradan qaldırır.
 
Mədə xəstəlikləri
 
İtburnunun tərkibində olan maddələr mədə spazmları da daxil olmaqla mədə pozulmaları və bağırsaq xəstəliklərinə qarşı qoruyucu olaraq adlandırıla bilər. Hətta bunlara əlavə olaraq mədə aşınması kimi problemlərin də qarşısını alır.
 
İtburnu çayının hazırlanması:
 
1 xörək qaşığı qurudulmuş itburnu
 
Yarım litr su
 
Əvvəlcə suyu qaynadın. Daha sonra içərisinə itburnu əlavə edin. 1-2 dəqiqə qaynadıqdan sonra içərisinə limon qabığı atın.




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 15-12-2017, 00:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma