Xəbər lenti

 

Qadınlarda erkən ölümün əlamətləri müəyyən edilib.

Sputnik.az Rusiya mətbuatına istinadla xəbər veri ki, Amerika alimləri belə qərara gəlib ki, qadınlarda narahat ayaq sindromu, yəni uzanan və oturan zaman ayağın aşağı hissələrində xoşagəlməz hisslər ürək-damar xəstəlikləri ilə bağlı ölüm halı riskinin artması ilə əlaqədardır.

Mütəxəssislərin bu barədə məqaləsi "Neurology" jurnalında işıq üzü görüb. Alimlər uzun zaman ərzində 57417 orta yaşlı qadın üzərində apardıqları araşdırma zamanı bunu müəyyən edib.

2002-ci ildən başlayaraq hər il iki ildə könüllülərə sorğu göndərilib. Sorğuya əsasən, onlar sağlamlıq vəziyyətlərini qeyd etməli, bununla yanaşı onlarda narahat ayaq sindromu olub-olmamasını və ürək-damar sistemi xəstəliyi olub-olmadığını bildirməli idi.

Müəyyən edilib ki, narahat ayaq sindromu müəyyən edilən qadınlarda ürək-damar sistemi xəstəliklərindən ölüm riski bu problemi yaşamayanlardan 43 faiz çoxdur. Sindromun xərçəng və ya digər xəstəliklərlə əlaqəsi müəyyənləşdirilməyib. Nəticələrə görə, 10 il ərzində 6448 nəfər bu preoblemlə dünyasını dəyişib.




Ana səhifəyə qayıt        Baxış: 912          Tarix: 20-12-2017, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma