Xəbər lenti

 Bakının Xətai rayonu, Nobel prospektində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Ovqat.com APA-ya istinadən xəbər verir ki, «OKA» markalı avtomobil yoldan çıxaraq yerüstü piyada keçidinin sütununa çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlu və sərnişini, 37 yaşlı Abbasova Alidə Abbas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 Xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Sürücü F. Qarayev xəstəxanada dünyasını dəyişib.

 Hadisə ilə bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 558          Tarix: 12-05-2017, 00:13      


Paylaş: