Xəbər lenti

 

Soyuq fəsillərdə insanların əksəriyyəti çəki yığır. Bu səbəbdən yaz açılanda ən populyar mövzu arıqlama mövzusu olur.

Ovqat.com saglamolun.az-a istinadən arıqlamaq istəyənlər üçün 7 vacib ipucu təqdim edir.

1. Səhər yeməyi mütləqdir! Düzgün səhər yeməyi arıqlamaq istəyənlərin əsas köməkçisidir. Səhər yeməyinə zülallı qidalar (məsələn, yumurta, bişmiş toyuq) və mürəkkəb karbohidratları (məsələn, sıyıqlar) daxil edin. Bu qidalar tez toxluq hissi yaradır, insan gec acır və nahar zamanı daha az yeyir.
2. Yeməyi kiçik boşqablara çəkin. Bununla siz beyninizi aldada bilərsiniz.
3. Yeməkdən əvvəl 1 stəkan su için. Beyində aclıq və susuzluğa cavabdeh olan zonalar yaxın yerləşdiyinə görə insanlar bəzən susuzlaşanda bunu aclıqla səhv salır.
4. Naharı tərəvəz salatından başlayın. Tərəvəz salatı mədənizdə xeyli yer tutacaq və daha kalorili yeməklər üçün az yer qalacaq.
5. Gizli kalorilərdən (çipsi, suxarı, konfet, peçenye, şirin qazlı içkilər və s.) imtina edin.
6. Yemək yeyəndə smartfondan istifadə etməyin və televizora baxmayın.
7. Hər tikəni mümkün qədər çox çeynəyin. Bu sizə həm mədə-bağırsaq sistemini qorumağa, həm də daha tez doymağa kömək edəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 157          Tarix: 16-05-2017, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma