Xəbər lenti

 

Xolin və ya B4 vitamini orqanizmin bir çox proseslərində iştirak edir. Lakin onun əsas vəzifəsi sinir sistemini qorumaq, onun fəaliyyətini yaxşılaşdırmaqdır.

Xolin sinir hüceyrələrini dağılmaqdan qoruyur, sinir sistemində pozulmaların inkişafının qarşısını alır.

İngiltərə alimləri eksperiment zamanı sübut ediblər ki, qidalanmada xolin maddəsinin artması yaddaşın xeyli yaxşılaşmasına kömək edir. Eksperimentdə tələbələr iştirak edib. Eksperiment zamanı tələbələr 2 qrupa bölünüb. Bir qrupa xolin, digər qrupa plasebo verilirdi. 10 gündən sonra məlum olub ki, yaddaş testlərində xolin qəbul edən tələbələr daha yaxşı nəticələr göstərib.

Hamiləlik zamanı qadınlar mütləq xolinlə zəngin olan qidaları qidalanmasına daxil etməlidir. Bu körpənin beyninin normal inkişafında böyük rol oynayır.

Xolin Alsqeymer xəstəliyinin (qocalıqda inkişaf edən ağıl zəifliyi) müalicəsində və bu xəstəliyin profilaktikasında böyük rol oynayır.

Xolin beyin damarlarının sağlamlığını qoruyur ki, bu da insultun profilaktikasında böyük rol oynayır.

Mütəxəssislər stress, depressiya, nevroz zamanı qidalanmada xolinin miqdarını artırmağı tövsiyə edir.

Xolinlə zəngin olan qidalar bunlardır:

- yumurta və xüsusilə yumurta sarısı xolinin əsas mənbəyidir. Yumurtanı ilıq şəkildə yemək daha faydalıdır ki, bu halda xoıin saxlanılır.

- qaraciyər, ət

- cücərdilmiş buğda

- paxlalar (mərci, noxud, lobya)

-  süd məhsulları

- ispanaq

- kələm

- araxis.




Ana səhifəyə qayıt        Baxış: 1 250          Tarix: 24-05-2017, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma