Xəbər lenti

 

Arizona Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, kök şirəsinin müntəzəm istehlakı xərçəng xəstəliyinin riskini azaldır və həmçinin insanda artıq mövcud olan xərçəng şişlərinin inkişafını ləngidir.

Rsute.ru saytı xəbər verir ki, alimlər kök şirəsinin xərçəng əleyhinə effektini süd vəzi xərçəngindən əziyyət çəkən bir qrup qadın üzərində yoxlayıblar.

3 həftə ərzində qadınlar hər gün 1 stəkan kök şirəsini istehlak edirdi. Eksperimentin sonunda alimlər qadınları müayinə ediblər . Məlum olub ki, xərçəng hüceyrələrinin bölünməsi prosesi ləngiyib. Mütəxəssislərin fikrinə görə, bunun səbəbi kökün tərkibində çoxlu miqdarda olan "karotinoid"  maddələridir.

Alimlər belə hesab edir ki, kök şirəsinin müntəzəm olaraq istehlakı (gün ərzində 1 stəkan kifayət edir) süd vəzi, yoğun bağırsaq, sidik kisəsi və kişilərdə prostat vəzi xərçənginin riskini azaldır. Eyni zamanda alimlər xəbərdarlıq edir ki, kök şirəsini 1 stəkandan artıq istehlakı ziyanlıdır.

Kök və kök şirəsi həmçinin immun sisteminə müsbət təsir edir, görməni və dərinin vəziyyətini yaxşılaşdırır./Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 1 275          Tarix: 30-05-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma