Xəbər lenti

 

Türkiyə həkimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı ilə əzələ və oynaq ağrıları arasında yaxın əlaqə var.

Türkiyə mətbuatı xəbər verir ki, doktor Məhərrəm Çidəm aparılan araşdırmalar nəticəsində oynaq və əzələ ağrılarından əziyyət çəkən insanların 74 faizində D vitamini çatışmazlığının görüldüyünü açıqlayıb.

Bu vitaminin ən önəmli mənbəyinin Günəş olduğunu deyən doktor insanların qapalı yerlərdə-ticarət mərkəzləri, əyləncə məkanları və evdə çox zaman keçirmələri səbəbindən günəşdən gələn D vitaminini qəbul edə bilmədiklərini deyib: "Bağlı məkanlarda olan, işləyən insanlar D vitamini çatışmazlığına görə risk daşıyır".

Bundan başqa, vitaminin çatışmazlığının halsızlıq, yorğunluq, depressiyaya meyillik, təzyiq, ürək, şəkər və başqa bir çox xəstəliklərin yaranmasında da rolu var.

Həkim bildirib ki, Günəş işığından baqşa bir sıra qidalar - yağlı balıq, yumurtanın sarısı, dana qara ciyəri, kərə yağı da D vitaminini yaradır. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 123          Tarix: 17-09-2019, 20:23      


Paylaş: