Xəbər lenti

 

Bel ağrısının yalnız 3%-i əməliyyat edilməsi lazım olan bel yırtıqlarından qaynaqlanır.

 

Medicina.az saglamolun-a istinadən xəbər verir ki, Buna görə ilk tövsiyə olunan yataq istirahəti və həkim müayinəsi nəticələrinə görə ağrıkəsici və əzələ yumşaldıcı preparatlardan istifadə olunmasıdır. Bu tədbirlərə baxmayaraq ayaqlarda ağrı, ayaqlarda uyuşmazlıq və əzələ zəifliyi keçmirsə bel yırtığının həlli əməliyyatdır!

 

 

Xəstəyə tətbiq olunacaq müalicə xəstəliyin mərhələsindən asılıdır. Müayinə nəticələrinə görə həkim bel yırtığında hansı müalicə növünü tətbiq edəcəyini dəqiqləşdirir.

 

 

Başlanğıc mərhələsi

Bel yırtığının müalicəsi herniyanın, yəni disk yırtığının ayağa gedən sinirlərə etdiyi təzyiqin dərəcəsindən asılıdır. Sadəcə bel və ayaq ağrısı varsa, heç bir uyuşma, heç bir güc itkisi, hərəkət məhdudiyyəti yoxdursa, bel yırtığının başlanğıc mərhələsi deməkdir.

 

 

Bu vəziyyətdə xəstəyə əzələ yumşaldıcı dərmanlar, yataq rejimi və beli gücə salacaq hərəkətlərdən qaçınması məsləhət görülür. Xəstəyə veriləcək tövsiyələr aşağıdakılardır:

 

 

- Xəstə iki kiloqramdan artıq olan ağırlığı qaldırmamalıdır!(bu çəki individualdır)

 

 

- Ön və yanlara doğru əyilmək, belin bükülməsi qadağandır! Yerdən bir şey qaldırılması lazımdırsa xəstəyə oturub qaldırılması məsləhət görülür.

 

 

- Xəstələr oturduqda bel boşluğunu ləğv etmək üçün ora yastıq qoyması və fasiləsis iyirmi dəqiqədən çox oturmaması məsləhət görülür. Xəstə işinə görə uzun müddət oturmaq məcburiyyətindədirsə, ona hər 20 dəqiqədən bir gəzmək məsləhət görülür.

 

 

- Xəstənin yuxarıya doğru dartınması qadağandır! Əgər yuxarıdan bir şey alması lazımdırsa stul və ya bir nərdivana çıxıb alması məsləhət görülür.

 

 

- Xəstə belini həmişə isti saxlamalı, açıq pəncərənin və ya ventilyasiyanın qarşısında durmaması tövsiyə olunur.

 

- Bel və ayaq ağrısı olan xəstələr stresdən qaçmalıdırlar. Stress ağrının artmasına və lomber disk hernisinin artmasına səbəb ola bilər.

 

- Xəstəyə evdə qaldığı zaman yataq istirahəti tövsiyə olunur. Çox sərt yataqlar daha çox zərərlidir. Keyfiyyətli yaylı yataqda və xəstənin ən rahat vəziyyətində yatması yaxşıdır.

 

 

 

 

Bel yırtığının irəliləmiş mərhələsi

Əgər yuxarıdakı tövsiyələr, istirahət və əzələ yumşaldıcı dərmanlara baxmayaraq xəstənin şikayətləri davam edərsə fizioterapiya istifadə edilə bilər. Fizioterapiya bir mütəxəssisin nəzarəti altında olmalıdır. Fizioterapiya əsnasında ilk bir neçə gün ağrılarda artma ola bilər, amma xəstə fizioterapiya mütəxəssisinin təklif etdiyi müddət ərzində müalicəyə davam etməlidir.

 

 

 

Əməliyyat tələb edən vəziyyətlər

- Fizik müalicəyə baxmayaraq xəstənin ağrıları davam edirsə

 

 

- Geri dönməyən bir güc itkisi varsa

 

 

- Ayaqda incəlmə

 

 

- Sidik tuta bilməmə varsa

 

 

- Dözülməz ağrılar mövcuddursa

 

 

- MRT şəkilərində diskdən bir parça qopduğu təsbit edilibsə həll cərrahi müdaxilədir

 

Əməliyyatla onurğa beynindən çıxan sinirlərə olan mexaniki sıxılma aradan qaldırılır.

 

 

Əməliyyat edilmədikdə və sinirin sıxılması davam edərsə, xəstə sidik saxlamama, cinsi gücün itkisi və ayaqların zəifliyi kimi problemlər yarana bilər.

Vaxtında olunmayan disk yırtığı əməliyyatından sonra bəzi pozulmalar qala bilir. Təəssüf ki, xalq arasında əməliyyat olsam şikəst qalaram, uzun müddət yataqdan dura bilmərəm, korset taxmaq məcburiyyətində qalaram və ya yırtığım təkrarlayar, təkrar əməliyyat olaram kimi inanclar mövcuddur. Mikrocərrahiyyə sayəsində belə qorxulara ehtiyac yoxdur!

Unutmayın vaxtında olunan müalicə həyat qurtarır!




Ana səhifəyə qayıt        Baxış: 270          Tarix: 24-10-2019, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma