Xəbər lenti

 

Tanınmış rusiyalı onkoloq professor Nikolay Jukov xərçəngdən qoruya biləcək sınanmış və təsdiq olunmuş üsulları haqqında məlumat verib.

Professorun sözlərinə görə bu üsullardan biri bədən çəkisini daim normada saxlamaqdır. Tibdə sübut olunub ki, artıq çəki süd vəzi, uşaqlıq, yumurtalıqlar, yoğun bağırsaq, mədəaltı vəz, böyrəklər, mədə, qaraciyər xərçənginin riskini artırır.

Həmçinin onkoloq qeyd edib ki, siqaretdən imtina etmək ağciyər, dodaq, qırtlaq, sidik kisəsi, qan və bir çox digər xərçəng növlərinin riskini azaldır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qırmızı ət və emal olunmuş ətin (sosis, kolbasa və s.) çoxlu miqdarda istehlakını kanserogen faktor hesab edir. Qıdalanmada qırmızı ətin azaldılması və emal olunmuş ətdən imtina xərçəngin riskini azalda bilər.  

Professor Jukovun sözlərinə görə, istənilən miqdarda istənilən spirtli içkilər xərçəngin riskini artırır. Bu səbəbdən onlardan imtina etmək lazımdır.

Həmçinin mütəxəssis yuxu rejiminə əməl etməyi, magistral avtomobil yollarından mümkün qədər uzaqda yaşamağı və ultrabənövşəyi şüalanmanı azaltmağı tövsiyə edir.

Professorun sözlərinə görə bu sadə üsullar xərçəngin riskini xeyli azalda bilir. /sağlamolun.az




Ana səhifəyə qayıt        Baxış: 317          Tarix: 24-10-2019, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma