Xəbər lenti

 

İnsan bədəninin saatı, maddələr mübadiləsi və həzm sistemi kompleks şəkildə fəaliyyət göstərir. Buna görə də nə yediyimiz deyil, həm də nə zaman yediyimiz vacibdir.

ABŞ-da aparılan araşdırmalara görə, universitet həyatında tələbələr təxminən 7 kq çəki alırlar.

Bunun səbəbləri hazır yeməklər, spirtli və qazlı içkilər, nizamsız yuxu vaxtları və fiziki fəaliyyətin olmamasıdır.

Arıqlamaq üçün pəhrizlərə baxdıqda kalorinin çoxunu səhər yeməyində istehlak edənlər axşam eyni miqdarda qidalananlarla müqayisədə 2,5 kq çəki verirlər.

Gecə yeyilən yemək gün ərzində qəbul edilən qidaların həzm prosesini çətinləşdirir. Bunun səbəbi yağ yandırma prosesi yalnız orqanlarımız yemək prosesinin bitdiyi zaman başlayır.

ABŞ-da insanlar gün ərzində 15 saatlıq fasilə ilə qidalanırlar və 18:00-dan sonra ümumi kalorilərin üçdə birindən çoxunu istehlak edirlər.

Gecə gec yatıb, səhər tezdən oyanan insanlar səhər yeməyini də erkən yedikləri üçün bədənin yemədən keçirdiyi vaxtı getdikcə qısaldırlar.

Az yatmaq insan beynini kütləşdirir, zərərli qidaya meyli artırır. Leptin və grelin hormonlarının səviyyəsinə təsir edərək iştahı artırır, beləliklə, çəki almaq meyli də artır.

Qidalanmada yağ qaraciyər, bağırsaq, mədəaltı vəzi, əzələ və yağ toxumalarda baş verən bir çox proses arasında əlaqələndirməni tələb edir.

Bu toxumalar arasında əlaqə pozulduqda, onların effektivliyi azalır və diabet, ürək xəstəliyi və depressiya riskini artırır.

Yalnız yemək vaxtının dəyişməsi deyil, eyni zamanda bir oturmada alınan kalorilərin sayının dəyişməsi də sağlamlığa mənfi təsir edir.

Bəs nə etməliyik? Yuxu və yemək vaxtlarını nizamlamaq ilk addımdır. İnsan gün ərzində 7-8 saat yatmalıdır. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 23-11-2019, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma