Xəbər lenti

     

Hələ qədim zamanlardan Şərq təbibləri, loğmanlar müxtəlif xəstəliklərin müalicəsində təbii vasitələrdən, xalq təbabətindən geniş istifadə edərək böyük nailiyyətlər əldə ediblər. İnsan təbiətin bir parçası olduğundan təbii vasitələr orqanizmə kimyəvi dərmanlar kimi zərər vermir. Bu gün də müxtəlif cövhərlər, məlhəmlər, bitki qarışımları və digər üsullarla yüzlərlə xəstəyə şəfa verən tanınmış fitoterapevt Sadılq Salami Ovqat.com-un oxucularına xalq təbabəti əsasında hazırladığı xüsusi reseptləri təqdim edir:

Alma qabığının misilsiz faydaları

  

-Biz çox vaxt alma yeyərkən qabığını soyub atırıq. Amma alma qabığının misilsiz faydalarını bilsək, atmarıq. Alma qabığı lətli hissədən daha cox antioksidanta malikdir. Bildiyimiz kimi, antioksidantlar orqanizmi xərcəngdən və yaşlanmadan xilas edir. Alma qabığı şəkərli diabetdən qoruyur, xolesterolu azaldır, iştahı aşağı salır, uz dərisini hamarlayır, dişləri təmizləyir və diş ətini gücləndirir.

Birki çaylarının müsbət təsiri 

 

-Dadı damaqdan getməyən heyva, kəklikotu, dağ nanəsi qarışımı orqanizmə möcüzəvi təsir göstərir. Dağ nanəsi çox faydalı bitkidir. Amma təəssüf ki, çox az tanınır və nadir hallarda istifadə olunur. Dağ nanəsi, əsasən Naxçıvan Muxtar respublikasının dağlıq ərazilərində yabanı halda bitir. Bu bitkiyə Naxçıvan nanəsi də deyirlər. Abseronun bəzi kəndlərində də rast gəlinir. Dərman məqsədilə yerüstü hissəsindən istifadə olunur. Dağ nanəsi çayı hipertoniya, ürək və kıimakterik nevrozlarda məsləhət görülür. Həmçinin, ürəyin işemik xəstəliyində də istifadə etmək olar. Mədə koliklərində, ürəkbulanmada, iştahaçıcı kimi də istifadə olunur. Eyni zamanda, qastrit və köpmə zamanı da faydalıdır. Həm də təbii ağrıkəsicidir. Baş ağrılarını azaldır, ishalın qarşısını alır.

Heyva-tükənməz şəfa qaynağı 

 

Heyvanin özü, toxumu və ağacının  yarpaqları soyuqdəymə əleyhinə olduqca effektiv təsir göstərir. Çay dəmləyərkən onun dilimini və toxunu da atmaq faydalıdır. Heyva və kəklikotu  bərabər dəmləndikdə öskürək əleyhinə təsir göstərir, həm də əhvalı yaxşılaşdırır. Həm dadlı, həm də faydası ilə fərqlənən daha bir təbii bitki çayı qarışımı razyana, cirə, hil, keşniş toxumu, nanədən hazırlanır. Bu çay ödqovucu, sidikqovucu, spazmolitik, antibakterial, sakitləşdirici, bəlğəmgətirici, işlədici, antioksidant xüsusiyyətlərə malikdir. Meteorizm, yəni köpmə əleyhinə təsir göstərir. Ürəkbulanma zamanı faydalıdır. Damarları genişləndirir. Pis xolesterini azaldır. Süd verən analarda südü artırır. Hamiləliyin ilkin dövründə ürəkbulanma və köpməni azaldır. Ağızdan gələn pis qoxunu aradan qaldırır. Əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu aradan qaldırır. 3 stəkan su tutan dəmliyə hərəsindən 2 xörək qaşığı əlavə edib, dəmlənir. Təzə nanəni, quru nanə ilə də əvəz etmək olar.

Əhvalı yaxşılaşdıran vasitə

 

-Cokə çiçəyi, cirə toxumu, heyva, mandarin qabıqları, zəfəran da birlikdə dəmlənəndə möhtəşəm təsirləri olur. Bu çayı soyuqdəymə və qrip əleyhinə, həm də bəlğəmgıtirici və öskürək əleyhinə istifadə etmək olar. Həm də əsəb sakitləşdirici təsiri də vardır. Stress və depressiyadan qurtulmağa kömək edir. Əhval-ruhiyyəni yaxşılaşdırır. Əhvalın yaxşı olması vacibdir. Əhval-ruhiyyə yüksək olursa, istənilən problem və ya xəstəliklə mübarizə çox asan olur. Bir də bu çayın dəmlənməsində komponentləri gözəyarı götürmək olar. Hamilə qadınlar, südverən analar, uşaqlar, yaşlılar, hər kəs istifadə edə bilər.

Hansı orqanizmə viruslar təsir göstərmir?

  

-Ümumiyyətlə, payız-qış mövsümündə insanların immun sistemi bir qədər zəif olur. İmmun sistemi yüksək olan şəxs yüzlərlə virusa yoluxan şəxslərlə qarşılaşsa belə qrip və digər indeksion xəstəliklərə yoluxmaz . Lakin immun sistemində bir az da olsa zəiflik olarsa, o zaman həmin insanın xəstəliyə yoluxma ehtimalı daha böyük olur. Bu baxımdan immun sisteminin aşağı düşməməsinə çalışmaq lazımdır. İmmun sistemini möhkəmləndirmək üçün ilk növbədə, qida rasionuna diqqət edilməlidir. Qış aylarında bol vitamin C qəbul etmək lazımdır. Bu vitamini hazırda limon və portağaldan əldə etmək olar. Diqqətə çatdırım ki, portağalın qabığında olan vitamin C bu meyvənin tərkibindən daha zəngindir. Buna görə də, portağal qabığından çay dəmləməsində istifadə etmək yaxşı olar. Başqa bir üsul isə limonla bağlıdır. Gündəlik vitamin C ehtiyatını təmin etmək üçün limonu buz dolabında dondurub daha sonra bütün şəkildə rəndələyib, istənilən qidada istifadə etmək mümkündür. Həmçinin, çiçək tozundan hər gün 1 çay qaşığından istifadə etməklə də immun sistemini gücləndirmək olar.

Ətirşah bitkisi viruslara qarşı, qarazirə tozu və yağı isə ümmunitet üçün faydalıdır

  

-Otaqda Ətirşah bitgisini saxlamaqla özümüzü virusa yoluxmaqdan xilas edə bilərik. Bu birkinin yarpaqlarından çay dəmələməsində də istifadə etmək faydalıdır. İmmuniteti gücləndirən əsas vasitələrdən biri isə qarazirə tozu və ya yağıdır.

   Uşaqların immun sistemini yüksəltmək üçünsə giləmeyvələrdən istifadə etmək daha məqsədəuyğundur. Balacaların müalicəsi üçün faydalı bir resept təqdim edirəm. 50 qram quş armudu, 50 qram ayı üzümünü çay şəklində istifadə etmək və ya 1 gün suda isladıb ət maşınından çəkərək üzərinə bal qatmaqla məcun hazırlamaq olar. Hər gün səhər uşaqlara 1 çay qaşığı verməklə immun sistemini gücləndirmək olar. Lakin bu vasitədən bir neçə dəfə deyil, bütün qış mövsümündə istifadə edilməlidir. Çünki immun sisteminin 50 faizi ana bətnində, 50 faizi isə sonradan formalaşır.Ona görə də, hamilə qadınlar 9 ay müddətində qida rasionuna fikir verməlidirlər. Hamilə qadınların buğda cücərməsindən istifadəsi mütləqdir. Aktiv həyat tərzi keçirmək, idmanla məşğul olmaq, kontrast təzadlı vannalar qəbul etmək, təmiz havada gəzmək immun sisteminə müsbət təsir edən vasitələrdəndir.

Mövsümü xəstəliklər 

 

-Soyuq payız və qış aylarında çox insanlar kəskin və xroniki bronxit, bəlğəmli öskürək, faringit kimi xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklərin müalicə və profilaktikası üçün bir məcun resepti təqdim edirəm. Ud hindi, andız kökü, zəncəfil, çiçək tozu , propolis hərəsindən 50 qram götürüb, 0.5 litr şam bəhməzi ilə qatıb, məcun halına salınır. Gündə 3 dəfə 1 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl yeyilir. Məcun güclü antibiotik təsir göstərir. Bəlğəmli öskürəyi təmizləyir. Bronxiti müalicə edir.

Qəbizliyin müalicəsi

 

-Qəbizlik əleyhinə bir salat resepti təqdim edirəm. Qara gavalı qurusu 300 qram, kətan toxumu 100 qram, cirə 50 qram, bağayarpağı toxumu 50 qram götürülür. Qara gavalı axşamdan isti suda isladılır. Səhər süzülüb, ət maşınından keçirilir. Digər komponentlər də üyüdülüb qatılır. Böyüklər 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı ilə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl yeyilir. Qəbizliyin müalicəsində çox yaxşı effekt verir. Həmçinin antioksidantdır. Orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.  




Ana səhifəyə qayıt        Baxış: 1 606          Tarix: 22-01-2020, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma