Xəbər lenti

 

İran rəsmilərinin bu ölkədə koronovirus səbəbi ilə 2 nəfərin ölməsini təsdiqlədikdən sonra cəmiyyəti ən çox maraqlandıran sual İran-Azərbaycan sərhədində aparılan yoxlamaların hansı səviyyədə təşkil edilməsidir.

Xəzər TV-nin əməkdaşları bu gün Astarada yerləşən sərhəd buraxılış məntəqəsində olub və aparılan yoxlamaları izləyiblər. Qeyd edək ki, qarşıdan Novruz Bayramı gəldiyindən bu ölkədən Azərbaycana gələn turistlərin sayı artacaq və bunun üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub.

Ölkəməzə gələn bütün vətəndaşlar stasionar termovizor qurğuları vasitəsi ilə yoxlanılır, yük və minik avtomobilləri xüsusi dərman vasitələri ilə dezinfeksiya edilir.

Görüntülər Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postundandır. Qonşu ölkədə iki nəfərin koronovirsdan dünyasını dəyişməsi barədə rəsmi məlumatdan sonra ərazidə aparılan qabaqlayıcı tədbirlər daha da gücləndirilib. Eyni zamanda irana səyahətə gedənlərə gigyenik qaydalara əməl etmələri ilə bağlı tövsiyələr verilir.

Sərhəd buraxılış məntəqəsində aşkarlanan hərarəti yüksək olan şəxslər dərhal təcili tibbi yardım briqadası ilə xəstxanalara yönləndirilir.

Qeyd edək ki, qarşıdan Novruz Bayramı gəldiyindən İrandan ölkəmizə minlərlə turistin gəlməsi gözlənilir və bunun üçün buraxılış məntəqələrində termal kameralarla təchiz edilmiş 2-ci keçid xətti də isitfadə verilib. Səhiyyə Nazirliyindən verilən məluamat görə isə hazırda Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir. Ölkədə tibbi ləvazimat və maska ehtiyatı da kifayət qədərdir. Eyni zamanda maskaların ölkədən çıxarılmasına hökumət tərəfindən qadağa qoyulub.




Ana səhifəyə qayıt        Baxış: 612          Tarix: 20-02-2020, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma