Xəbər lenti

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirusa yoluxma ehtimalı ilə bağlı məlumat açıqlayıb.

Qurumlardan Modern.az-a daxil olan birgə məlumata görə, bu gün həkim müayinəsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 29 nəfər daxil olub:

“Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır”.

Qeyd edilib ki,dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib:

“Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir”.




Ana səhifəyə qayıt        Baxış: 560          Tarix: 26-02-2020, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma