Xəbər lenti


Yarasa üzərində araşdırma aparan bir qrup mütəxəssis koronavirusun 6 yeni növünü tapıb.
 
Modern.az “Daily-Mail” qəzetinə istinadən xəbər verir ki, Myanmada yarasaları araşdıran bir qrup tədqiqatçı yarasa üzərindəki 6 yeni koronavirus növündən üçünü alfakoronavirus, üçünü betakoronavirus olaraq təsnif edib.
 
Elm adamları yeni kəşf edilmiş 6 koronavirus növünün COVID-19 ilə eyni ailəyə aid olduğunu vurğulayıb.
 
Ancaq  ilkin məlumatlara görə, bu viruslar SARS, yaxud da COVID-19 xəstəliyinə səbəb olan növlərlə sıx əlaqəli deyil.



Ana səhifəyə qayıt        Baxış: 1 186          Tarix: 15-04-2020, 17:20      


Paylaş: