Xəbər lenti


Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
 
Məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
 
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132 640 test aparılıb.


Ana səhifəyə qayıt        Baxış: 2 413          Tarix: 28-04-2020, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma