Xəbər lenti


Son iki gün ərzində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan “e-Təbib” mobil tətbiq əlavəsində "sarı" statuslu insanların sayı artıb.
 
Modern.az xəbər verir ki, bunu Trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.
 
Onun sözlərinə görə, "sarı" statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır:
 
“Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün "sarı" statuslu insanlar hesab edilirlər. Biz bu insanlara tövsiyə edərdik ki, digərlərini yoluxdurmamış laboratoriyalarda analiz versinlər. Əgər testin nəticəsi neqativ olarsa, onların statusu dəyişəcək və göy olacaq. Testin nəticəsi pozitiv olduqda isə həmin şəxslərin sağlamlıq statusları "qırmızı" rəngdə olacaq”.
 
F.Niftəliyev qeyd edib ki, “e-Təbib”də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 1506 nəfər “sarı” statuslu insan var.
 
Layihə rəhbəri bu rəqəmin gündəlik olaraq, dəyişdiyini də söyləyib.
 
Virusun yayılmasının qarşısının alınması üçün İnsanları "e-Təbib" əlavəsindən istifadə etməyə çağıran F.Niftəliyev bildirib ki, bu əlavənin bluetooth texnologiyası əsasında, internet trafiki sərf edilmədən işləyərək yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.
 
Xatırladaq ki, telefonuna “e-Təbib” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçən şəxslər ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilir. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.), bildiriş göndərilir və onlar laboratoriya testinə dəvət edilir.



Ana səhifəyə qayıt        Baxış: 3 069          Tarix: 9-07-2020, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma