Xəbər lenti

 

Elektron siqaretlərin buxarı yaraların sağalmasını ləngidir.

Ovqat.com xəbər verir ki, xüsusən də xora və ağız yaralarının sağalıb birləşməsi çətinləşir. Nyu-Yorkun Roçester Universitetinin araşdırmaçıları bildirirlər ki, elektron siqaretin tərkibində olan kimyəvi maddələr orqanizmin özünübərpasına mənfi təsir göstərir.

Alimlər bunu ağız və mədə xoraları yarası olan xəstələri müşahidə edərkən üzə çıxarıblar. Yaraları gec sağalan və ya ümumiyyətlə, sağalmayan xəstələrin elektron siqaretdən istifadə etdiyi məlum olub. Halbuki elektron siqaret bütün dünyada ənənəvi siqaretin daha ziyansız alternativi kimi təklif olunur. (milli.az)




Ana səhifəyə qayıt        Baxış: 1 114          Tarix: 19-06-2017, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma